...

Oğuzdakı kurqanlardan qədim hind və çin üslubunda bəzək əşyaları tapılıb

Cəmiyyət Materials 18 Noyabr 2008 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr / TrendLife , müxbir Eldar Hüseynzadə/ Azərbaycanın Oğuz rayonundakı doqquz kurqandan birində qazıntılar zamanı Çində, Əfqanıstanda, Hindistanda, İranda, Mesopatamiyada tapılan qədim əşyalara bənzər yüzdən çox bəzək əşyası fraqmenti, metaldan və digər materiallardan muncuqlar aşkar olunub. Trend Life-a Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, arxeoloqlar Nəsib Muxtarov və İntizar Bədəlov bunların hamısını bürünc dövrünə aid məzardan tapıblar. Nümunələr arasında ördəyə, qu quşuna, göyərçinə, ilana və s. bənzər kiçik fiqurlar tapılıb.

Tapılan əşyalar Azərbaycanda tətbiqi incəsənətin yüksək inkişaf səviyyəsindən və buradakı fəal ticarət həyatından xəbər verir. Kurqanlar Oğuz rayon İcra Hakimiyyəti və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə araşdırılacaq.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti