...

DB-nin layihəsi Azərbaycanın təhsil sahəsində yeni inkişaf mərhələsi olacaq – Baş nazirin müavini

Cəmiyyət Materials 24 Noyabr 2008 13:00 (UTC +04:00)
DB-nin layihəsi Azərbaycanın təhsil sahəsində yeni inkişaf mərhələsi olacaq – Baş nazirin müavini

Azərbaycan, Bakı, 24 noyabr/ Trend , müxbir C. Babayeva/ Azərbaycan hökuməti hesab edir ki, Dünya Bankı (DB) ilə əməkdaşlıq sayəsində Azərbaycanın təhsil sahəsində ciddi nailiyyətlər əldə olunub.

"Dünya Bankı ilə əməkdaşlıq hökumət üçün mühüm əhəmiyyət kəsb edir. Layihənin ikinci mərhələsinin reallaşdırılması Azərbaycanın təhsil sahəsinin yeni inkişaf mərhələsi olacaq", - deyə Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyev bazar ertəsi Bakıda keçirilən və "Təhsil sektorunun inkişafı" layihəsinin ikinci mərhələsinin reallaşdırılmasına həsr olunan seminarda bildirib.

2003-cü il sentyabrın 19-da Bakıda Azərbaycan Təhsil Nazirliyi ilə Dünya Bankı arasında "Təhsil sektorunun inkişafı" layihəsinin reallaşdırılmasına kreditin ayrılması haqqında saziş imzalanıb. DB layihənin birinci mərhələsinin reallaşdırılmasına 18 mln. dollar ayırıb.

Layihənin birinci mərhələsi 2003-2007-ci illəri əhatə edib, ikinci mərhələ 2007-2010, üçüncü isə 2010-2013-cü illər üçün nəzərdə tutulub. Ümumilikdə layihənin 10 il reallaşdırma müddəti ərzində bank 61 mln. dollar ayırmağa hazırdır.

2008-ci ilin sentyabrında "Təhsil sektorunun inkişafı" layihəsinin ikinci mərhələsinin reallaşdırılması üçün krelit sazişi imzalanıb.

Layihənin ümumi dəyəri 45,4 mln. dollar təşkil edir, bu məbləğin 25 mln. dolları DB, qalan hissəsi isə Azərbaycan tərəfinin payına düşür.

DB-nın Azərbaycan üzrə meneceri Qreqori Yedceyçakın sözlərinə görə, son illər Azərbaycanın ümumtəhsil sahəsində köklü dəyişikliklər baş verib.

"Dünya Bankı Azərbaycanın təhsil sahəsində tarixi dəyişiklikləri məmnunluqla dəstəkləyir. Son illər ərzində dərslik təminatı, müəllimlərin dərs prosesinə münasibəti dəyişib, təhsil sahəsində İT-nin tətbiqi isə dərsiin keyfiyyətini artrır", - deyə o bildirib.

Yedceyçak hesab edir ki, "Təhsil sektorunun inkişafı" layihəsinin ikinci mərhələsinin reallaşdırılması Azərbaycanın təhsil sahəsində aparılan islahatları dərinləşdirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti