...

MDB ölkələri milli KİV-nin forumu jurnalistika sahəsində problemlərin müzakirəsi üçün gözəl fürsətdir - Azərbaycan Prezidenti Aparatının şöbə müdiri

Cəmiyyət Materials 2 Dekabr 2008 00:33 (UTC +04:00)
MDB ölkələri milli KİV-nin forumu jurnalistika sahəsində problemlərin müzakirəsi üçün gözəl fürsətdir - Azərbaycan Prezidenti Aparatının şöbə müdiri

Rusiya, Moskva, 02 dekabr / Trend müxb. R.Ağayev/ Üçüncü dəfə Moskvada keçirilən MDB ölkələri milli KİV-nin forumu Birlik dövlətləri jurnalistikası qarşısında dayanan mövcud problemlər ətrafında fikir mübadiləsi aparmaq üçün olduqca effektiv imkandır. Bunu Trend -a Azərbaycan Prezidenti Aparatının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

Dünən Moskvada Rusiya Beynəlxalq İnformasiya Agentliyi (RBİA) RİA "Novosti" və MDB-nin üzv-ölkələri Beynəlxalq humanitar əməkdaşlıq fondunun (BHƏF) birgə təşkilatçılığı ilə MDB dövlətləri milli KİV-nin "KİV və Müstəqil Dövlətlər Birliyi ölkələrinin potensialı" forumu işinə başlayıb.

Aslanov forumda Azərbaycanın nümayəndə heyətinin tərkibində iştirak edir.

Onun sözlərinə görə, forum sosial-mədəni və humanitar mübadilənin daha effektiv həyata keçirilməsinə xidmət edən məsələləri müəyyənləşdirməyə, mövcud potensialın artırılmasına yardım edir.

Aslanovun fikrincə, Azərbaycan juranlistikasında problemlər, əlbəttə ki, var, lakin "bu gün artıq konkret uğurlar var və onlar daha çoxdur, onlardan danışmaq olar: bu həm KİV-in Azərbaycanda azad fəaliyyət göstərməsini, həm də rusdilli mətbuatın mövcudluğunu qeyd etmək olar və bu da rus dilinin dövlətlərimiz arasında qarşılıqlı əlaqə vasitəsi kimi qalmasını deməyə əsas verir".

Prezident Aparatı şöbə müdirinin bildirdiyinə görə, Azərbaycanın nümayəndə heyəti forumda çap KİV-lərinin, informasiya agentliklərinin, televiziya və radionun fəaliyyətinə dair geniş məsələlər spektrini müzakirə edəcək: "Düşünürəm ki, gələcəkdə daha effektli əməkdaşlıq üçün səmərəli potensialın konturlarını müəyyənləşdirmək mümkün olacaq".

O, "ümumi informasiya sahəsi" termini ilə razılaşmadığını deyib, çünki ölkələr öz milli, dövlət maraqlarını əsas götürürlər və KİV ölkə ictimaiyyətinə bu və ya digər problemlər haqqında geosiyasi, geoiqtisadi, milli maraqlardan qaynaqlanan məlumatlar ötürür.

Aslanovun sözlərinə görə, burda konyektura elementləri də var, belə ki, KİV bazar fundamentalizminin qanunlarına uyğun olaraq müəyyən mənada istifadəçinin almaq istədiyi məlumatları yaymaq məcburiyytəində qalır, amma "nüfuzlu, ictimai və kütləvi şüuru formalaşdıran KİV-lər bu məsələlərdə daha çox milli və dövlət maraqlarını əks etdirən mövqelərdən çıxış edirlər".

"Buna görə də mən ümumi informasiya sahəsi anlayışına bir qədər skeptik yanaşıram, çünki çoxvektorlu və balanslaşdırılmış siyasəti, xarici siyasəti həyata keçirən dövlətlər, xüsusən də balanslaşdırılmış xarici siyasətin nümunəsi qismində çıxış edən Azrbaycan üçün belə məsələlər mövcud dövlət siyasətini tam əks etdirmir", - Aslanov bildirib.

Onun sözlərinə görə, bu formatda daha çox MDB dövlətləri, həmçinin Qərb, Şərq, Şimal və Cənub blokları ilə əməkdaşlıqdan danışmaq məqsədəuyğundur. "Bu məsələdə, təbii ki, biz heç bir məhdudiyyət qoymuruq", - Aslanov deyib.

Xəbər lenti

Xəbər lenti