...

Azərbaycanda cizgi filmi sahəsində gənc kadrlar çatışmır – multiplikator Elçin Axundov

Cəmiyyət Materials 5 Dekabr 2008 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr / Trend Life , müxbir Eldar Hüseynzadə/ Azərbaycanda cizgi filmi sahəsində yaranan çətin mərhələnin səbəbi gənc kadrların çatışmazlığı ilə bağlıdır. "Azanfilm" animasiya filmlərinin istehsalı studiyasının direktoru Elçin Axundov bu fikirdədir. "Yaxın zamanlarda biz Azərbaycanda cizgi filminin 75 illiyini qeyd edəcəyik. Problemlərimiz çox olsa da, biz bu tarixə müəyyən uğurlarla gəlib çatmışıq", - Axundov Trend Life-a bildirib.

Dekabrda Azərbaycan Dövlət Film Fondunun xətti ilə milli cizgi filminin yubileyi keçiriləcək. Muzey mərkəzində milli cizgi filmlərinin nümayişi ilə xüsusi sərgi təşkil olunacaq.

Gələn il kinemotoqrafiyanın inkişafına yardım proqramı çərçivəsində gənc cizgi filmi animatorları üçün kusrlar da təşkil olunacaq. "Bizim yaxşı cizgi film məktəbimiz olub, amma 90-cı illərdə rəssamların əksriyyəti müxtəlif yerlərə getdi: bəziləri Disney studiyasında çalışır, digərləri İsraildə, Rusiyada, Türkiyədə studiya açıb. İndi öz biliklərimizi ötürmək üçün gənc nəslə ehtiyacımız var", - Axundov söyləyib.

Hazırda "Azanfilm" studiyasında ildə iki animasiya filmi istehsal olunur.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti