...

Azərbaycanın "Xəzər - Lənkəran" futbol klubu Olimpiya çempionu ilə bir illik müqavilə imzalayıb

Cəmiyyət Materials 5 Dekabr 2008 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər - Lənkəran" futbol klubunun rəhbərliyi İqor Ponomaryovla bir illik müqavilə imzalayıb.

Bu gün Trend Xəbərlər Şirkətinin konfrans zalında keçirilən mətbuat konfransında Olimpiya çempionu ilə müqaviləyə "Xəzər-Lənkəran"ın vitse-prezdenti Araz Nəsirov imza atıb.

Azərbaycanın ən məhşur futbolçularından olan Ponomaryov Olimpiya və yeniyetmələr arasında dünya çempionu, həmçinin, İsveç çempionatının qalibi olub.

O, əvvəllər Azərbaycanın "Qarabağ" və Rusiyanın "Maşuk" klublarının baş məşqçisi olub. Ponomaryov Azərbaycan yığma komandasına da başçılıq edib.

Nəsirov bildirib ki, gələcəkdə müqavilənin müddətini uzatmağı düşünürlər .

"1 illik müddət hər iki tərəf arasında razılaşdırılıb. Fikrimiz var ki, gələcəkdə müqavilənin müddətini uzadaq", - deyə Nəsirov bildirib.

Vitse - prezident Ponomaryovu təsadüfən seçmədiklərini deyib.

"Avropa futboluna bələd olan məşqçi axtarırdıq. Bir neçə namizəd var idi. Onların arasında Azərbaycan və Avropa futboluna yaxından bələd olan Ponomaryovu seçdik. Biz baş məşqçimizə inanırıq və ondan böyük uğurlar gözləyirik".

Nəsrov bildirib ki, bəzi futbolçular komandadan uzaqlaşdırıla bilər.

"Xəzər - Lənkəran " Azərbaycan klubları arasında ən güclü heyətə sahib olan klubdur. Amma ola bilər ki, baş məşqçi hansısa futbolçunu komandada görmək istəməsin. Həmin futbolçularla yollarımız ayrılacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti