...

Əbu Bəkr məscidinin imamı tərəfdarlarının artdığını deyir

Cəmiyyət Materials 5 Dekabr 2008 16:44 (UTC +04:00)
Əbu Bəkr məscidinin imamı tərəfdarlarının artdığını deyir

Azərbaycan, Bakı, 05 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan paytaxtındakı Əbu Bəkr məscidinin imamı Hacı Qamət Süleymanov bildirib ki, məscidin açılmaması ciddi narazılıqlara səbəb ola bilər.

Məscidin bağlı qalması yaxşı nəticə vermir və ciddi narazılıq yaradıb. Ola bilsin ki, bunun mənfi nəticələri indi görünmür", -bu barədə cümə günü Trend -a Əbu Bəkr məscidinin imamı Hacı Qamət Süleymanov bildirib.

Trend - un arayışı: Bu il avqustun 17- də, təqribən saat 20.50 - də Bakının Ülvi Bünyadzadə küçəsində yerləşən və Nərimanov rayon dindarlarının dini icmasının toplaşdığı Əbu Bəkr məscidində naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində, iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli xəsarət yetirilib. Məscidin fəaliyyəti müvəqqəti dayandırılıb. Məsciddə terror aktının törədilməsində təqsirli bilinən Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.

Oktyabrın sonunda Bakının Nərimanov rayon məhkəməsi məscidin fəaliyyətinin bərpa edilməsi barədə qərar çıxarıb, lakin daha sonra bu qərar Əbu Bəkr məscidində təxribat təhlükəsi ilə bağlı məlumatlara malik olan rayon Polis İdarəsinin iddiası əsasında dəyişdirilib.

Məsələ yenidən Nərimanov rayon Məhkəməsində araşdırılır. Növbəti məhkəmə prosesi dekabrın 11- də keçiriləcək.

Süleymanov deyib ki, məscidin dini icması fəaliyyətini davam etdirir və tərəfdarları ilə tez-tez müxtəlif yerlərdə görüşlər keçirir.

"Ola bilər ki, məscidi bağlamaqda məqsəd bizim tərəfdarlarımızın saynı azaltmaqdır. Kimsə özünü göstərmək isitəyir ki, biz nəsə iş görmüşük və məsciddə ibadət edən dindarları dağıtmışıq. Əksinə, bizim sayımız daha da çoxalıb. Çünki Əbu Bəkr açıq olanda ibadətə ancaq məscid dindarlarını dəvət edirdik. İndi isə hər yana yayılmışıq, təbliğatımız daha güclü gedir və sayımız artır", - məscidin imamı deyib.

Onun sözlərinə görə, icmanın üzvləri evlərdə, bağlarda və müxtəlif məscidlərdə ibadət edirlər.

"Biz Əbu Bəkr məscidinin açılmasını gözləyirik. İnanmırıq ki, bizə başqa yerdə məscid tikməyə icazə versinlər. Ona görə də, qanun çərçivəsində Əbu Bəkr-in açılmasına çalışacağıq", - Hacı Qamət əlavə edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti