...

ATƏT-in Bakı ofisi Azərbaycanda xarici radiostansiyaların bağlanması barədə qərardan narahatdır

Cəmiyyət Materials 10 Dekabr 2008 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr/ Trend , müxbir İ.Əlizadə/ ATƏT-in Bakı ofisi Azərbaycanda xarici radiostansiyaların bağlanması barədə qərardan narahatdır.

"Biz Azərbaycanın Milli Televiziya və Radio Şurasının qərarından narahat və məyusuq", - ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herero çərşənbə günü Trend -a bildirib.

Azərbaycan Milli Televiziya və Radio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli noyabrın əvvəlində bildirib ki, 2008-ci ilin sonunadək "Bi-Bi-Si", "Azadlıq" və "Amerikanın Səsi" radiostansiyalarının Azərbaycan ərazisində birbaşa efirdə yayımlanması dayandırılacaq. "Cari ilin sonunda bütün xarici radiostansiyalar Azərbaycanda yayımlandıqları tezliklərdən məhrum olacaqlar", - Məhərrəmli bildirib.

Onun sözlərinə görə, xarici radiostansiyalar peyk, İnternet və kabel şəbəkəsi vasitəsilə yayımlana bilər. Son qərar Şuranın dekabrın 25-də keçiriləcək iclasında qəbul ediləcək.

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi jurnalistlərə bildirib ki, məsələnin müsbət həllinə əmindir. "Radiostansiyaların internet vasitəsilə yayımlanması vəziyyətdən çıxış yolu deyil", - o deyib.

ATƏT-in Bakı ofisi məsələ ilə əlaqədar narahatlığını hökumətin və Azərbaycanın Milli Televiziya və Radio Şurasının diqqətinə çatdırıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti