...

Azərbaycanın idman naziri Yunanıstanda keçirilən konfransda sədr müavini seçilib

Cəmiyyət Materials 15 Dekabr 2008 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Yunanıstanın Afina şəhərində keçirilən, Avropa Şurasının idmana məsul nazirlərinin konfransında sədr müavini seçilib. Bu barədə Trend - a Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidməti məlumat verib.

Sayca 11 - ci dəfə təşkil olunan konfransda idman etikası, idmanın muxtariyyəti və idman sahəsində Avropa ilə əməkdaşlıq məsələləri müzakirə edilib.

Rəhimovun 2010 -cu ildə keçiriləcək konfransın Bakıda təşkil olunması ilə bağlı təklifi iştirakçılar tərəfindən qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti