...

Futbol üzrə Azərbaycan yığmasının kapitanı "Valyadolid" klubunun heyətində ilk məşqə çıxıb

Cəmiyyət Materials 16 Dekabr 2008 16:22 (UTC +04:00)
Futbol üzrə Azərbaycan yığmasının kapitanı "Valyadolid" klubunun heyətində ilk məşqə çıxıb

Azərbaycan, Bakı, 16 dekabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqov bu gün baxışda olduğu İspaniyanın "Valyadolid" klubunun ikinci komandasının heyətində məşqə çıxıb.

"Valyadolid şəhərinə güclü qar yağdığından, də əsas komanda məşqlərini qapalı yerdə keçirməyə məcbur olub. Bu gün "Valyadolid"in ikinci komandasının heyətində məşqə çıxdım. Əsas komanda isə, İspaniya çempionatının oyununa hazırlaşır", çərşənbə axşamı Sadıqov İspaniyadan telefonla Trend - a deyib.

Müqavilə ilə "Neftçi" klubuna məxsus olan futbolçu İspaniyaya dekabrın 14 - də gedib.

"Valyadolid" dekabrın 21- də İspaniya çempionatı çərçivəsində "Numansiya" ilə görüşəcək.

Azərbaycan yığmasının müdafiəçisinə Yunanıstanın OFİ klubundan da təklif gəlib. Yunanlar, İspaniya klubundan fərqli olaraq, Sadıqova birbaşa müqavilə bağlamağı təklif ediblər.

Futbolçu bildirib ki, "Valyadolid"lə yanaşı, başqa bir neçə klub da onun oyununu izləməkdə maraqlıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti