...

Azərbaycanda hərbi komissarlığa hücum olub

Cəmiyyət Materials 17 Dekabr 2008 12:10 (UTC +04:00)

Azərbaycan, Şəki, 17 dekabr / Trend , müxbir S. Fətəliyev/ Azərbaycanın şimal-qərb bölgəsində hərbi komissarlığın müavininə və komissarlığın 3-cü bölməsinin rəisinə hücum edən şəxs saxlanılıb. Bu barədə Trend -a çərşənbə günü Zaqatala rayon Polis Şöbəsindən məlumat verilib.

Rayon polis şöbəsindən bildiriblər ki, Cəlilabad rayonunun Təklə kəndində anadan olmus, hazırda Zaqatala rayonunda yaşayan 1953-cü il təvəllüdlü Əliheydər Böyükxan oğlu İslamov dekabrın 16-da saat 17:00 radələrində içkili vəziyyətdə rayon hərbi komissarlığına gəlib. Komissarlıq işçiləri ilə aralarında yaranan mübahisə nəticəsində İslamov hərbi komissarın müavininə və 3-cü bölmənin rəisinə hücüm edərək onlara xəsarət yetirib.

Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan İslamova qarşı Cinayət Məcəlləsinin ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək (221.2.2-ci) maddəsi ilə cinayət işi qaldırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti