...

Futbol üzrə Azərbaycan yığmasının FİFA-nın reytinq cədvəlindəki mövqeyi dəyişməyib

Cəmiyyət Materials 17 Dekabr 2008 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının FİFA-nın mili komandalar üçün nəzərdə tutulan reytinqindəki mövqeyi dəyişməyib. Bu barədə Trend - a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycan yığması, ötən ay olduğu kimi, 209 xalla 134 -cü pillədədir.

Yığma komandanın baş məşqçisi almaniyalı Berti Foqtsdur.

Azərbaycan komandası Foqtsun rəhbərliyi altında 2010 - cu ildə keçiriləcək Dünya Çempionatının seçmə oyunlarında 1 xal qazanıb (Azərbaycan - Lixtenşteyn 0:0).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti