Azərbaycan, Bakı,18 dekabr/ Trend , müxbir R.Ergün/ Dünyadakı maliyyə böhranı Azərbaycanın "Turan" futbol klubunun fəaliyyətini dayandırmasına səbəb ola bilər.
"Turan" klubu üçün sponsor tapmağa çalışırıq. Amma dünyadakı maliyyə böhranı bizə də problem yaradır. Kimə üz tuturuqsa, maliyyə vəsaitinin olmadığını bildirir",- cümə axşamı Trend -a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Trend - un arayışı: Azərbaycanın məşhur klublarından olan "Turan"ın maliyyə probleminə görə fəaliyyətini dayandıracağı gözlənilir. Tovuzu təmsil edən komanda uzun müddətdir ki, maliyyə probleminə görə Azərbaycan çempionatında uğurla çıxış edə bilmir. Bir müddət əvvəl Musayev bildir mişdi ki, sponsor tapmaqda "Turan" klubunun rəhbərliyinə kömək etməyə çalışacaqlar.
PFL- in prezidenti deyib ki, sponsor tapılacağına hələ də inanır.
"Turan"ın rəhbərliy ilə əlaqə saxlaya bilmirəm. Amma yenə də çalışacağıq ki, bu klub dağılmasın", - deyə Musayev əlavə edib.
Hesabında 4 xalı olan "Turan" Azərbaycan Premyer-Liqasının birinci dövrəsindən sonra 14 komanda arasında sonuncu yerdədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]