...

Xarkovun "Metallist" klubu UEFA Kubokunun pley-off mərhələsinə vəsiqə qazanıb

Cəmiyyət Materials 19 Dekabr 2008 01:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr / Trend / UEFA Kubokunun qrupp mərhələsinin sonuncu turu keçirilib. B qrupunda Portuqaliyanın "Benfika" klubu öz meydanında Xarkovun "Metallist"i ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. Bu oyunda yeganə qolu 85-ci dəqiqədə Rıkun vurub.

Bu qrupda keçirilən digər oyunda Yunanıstanın "Olimpiakos" klubu Almaniyanın "Herta" klubunu darmadağın edib- 4:0.

Nəticədə B qrupundan pley-off mərhələsinə "Qalatasaray", "Metallist" və "Olimpiakos" vəsiqə qazanıblar.

NEK - Udineze 2:0

PSJ - Tvente 4:0

Rasinq - Mançester Siti 3:1

Benfika - Metallist 0:1

Olimpiakos - Herta 4:0

Sampdoriya - Sevilya 1:0

Ştutqart - Standard 3:0

Xəbər lenti

Xəbər lenti