...

Azərbaycanda vakant hakim yerlərinə sənəd qəbulu elan olunub

Cəmiyyət Materials 22 Dekabr 2008 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı 22 dekabr / Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycanda bu gündən vakant hakim yerlərinə yenidən sənəd qəbuluna başlanılıb.

Məhkəmə-Hüquq Şurasından bazar ertəsi Trend -a verilən məlumata görə, Hakimlərin Seçki Komitəsinin sonuncu iclasında mövcud vakansiya və hakim kadrlarına ehtiyaclarla bağlı məsələ müzakirə edilib və hakimliyə namizədlərin sənədlərinin növbəti qəbulunun başlanılması qərara alınıb.

Məhkəmə - Hüquq Şurasından bildirilib ki, hazırda 61 vakant hakim yeri var.

Trend -un arayışı: Hakimliyə 1800 - dək namizədlə aparılmış çoxmərhələli seçim prosedurlarında müvəffəqiyyət qazanmış 55 nəfər ötən il, 102 nəfər bu il hakim vəzifələrinə təyin edilib.

Hakim ştatlarının artırılması və hakimlərin yeni qaydalarla seçilib təyin edilməsi nəticəsində, Ali Məhkəmə hakimlərinin ştat sayı 23-dən 38-ə, apellyasiya instansiyası məhkəmələri hakimlərinin ştat sayı isə, 2 dəfədən çox artırılaraq, 49-dan 106-ya çatdırılıb.

Bakı şəhərinin rayon məhkəmələrində 45 hakim fəaliyyət göstərirdisə, bu rəqəm  iki dəfə artaraq 88ə çatdırılıb.

Məhkəmə - Hüquq Şurası 30 hakimin fəaliyyətini qeyri - məqbul hesab edib və onların səlahiyyətlərinə vaxtından əvvəl  xitam verib.

Prezidentin 19 yanvar 2006-cı il tarixli fərmanı ilə Əli Bayramlı, Gəncə, Şəki və Sumqayıt apellyasiya məhkəmələri yaradılıb. Hakimlərin sayı 156 ştat vahidi artırılaraq, 485-ə çatdırılıb.

Azərbaycan hakimlərinin sayına görə, Avropa ölkələri sırasında sonuncu yerlərdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti