Azərbaycan, Bakı, 22 dekabr/ Trend , müxbir C.Babayeva/ Son ildə Azərbaycan idman sahəsində mühüm uğurlara nail olub, - İslam Ölkələrinin Qadın və İdman Assosiasiyasının prezidenti Zəhra Yusifi (İran) bazar ertəsi Bakıda bildirib.
Yusifinin sözlərinə görə, bu uğurları nəzərə alınmaqla, Azərbaycan Assosiasiyanın İdmanın İnkişafı Komitəsinin üzvü olub.
Bakıda İslam Ölkələrinin Qadın və İdman Assosiasiyası İdmanın İnkişafı Komitəsinin "Təhsil, mədəniyyət və idman sahələrində qadın idmanının inkişaf perspektivləri" adlı yekun illik iclası keçirilir.
Iclasda qadın idmanının inkişafının sürətləndirilməsi, Assosiasiyaya üzv ölkələrdə təhsil, mədəniyyət və idman sahələrinin inkişafı məsələləri müzakirə olunur.
Tədbirdə Yəmən, İraq, Banqladeş, Tacikistan, Sudanın olimpiya komitələri və gənclər və idman nazirliklərinin, Azərbaycanın nümayəndələri də iştirak edir.
İslam Ölkələrinin Qadın və İdman Assosiasiyası İdmanın İnkişafı Komitəsinin yekun illik iclasının Azərbaycanda keçirilməsi qərarı MOK-un dəstəyi ilə oktyabrda qəbul edilib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]