...

Azərbaycan Milli Televiziya və Radio Şurası  regional telekanallara iradlarını çatdırıb

Cəmiyyət Materials 14 Yanvar 2009 19:13 (UTC +04:00)
Azərbaycan Milli Televiziya və Radio Şurası  regional telekanallara iradlarını çatdırıb

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir C.Babayeva/ Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəhbərliyi regional telekanallara əcnəbi dillərdə filmlərin yayımı ilə bağlı bəzi iradlarını çatdırıb.

"Regional telekanalların rəhbərlərinə çatdırdıq ki, Azərbaycan dövləti ana dilinə hörmət etməyən kanallara qarşı ciddi qərarlar çıxaracaq", - çərşənbə günü Trend -a MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

Trend -un arayışı: Yanvarın 14 - də MTRŞ - də regional telekanalların rəhbərlərinin iştirakı ilə iclas keçirilib. İclasda Şuranın qərarının icrası müzakirə olunub.

MTRŞ ötən ilin sonunda 2009 - cu ilin yanvarın 1-dən telekanallarda əcnəbi dillərdə filmlərin (bədii, sənədli) yayımını qadağan edən qərar çıxarıb.

Məhərrəmli deyib ki, yanvarın əvvəllərində aparılan monitorinq zamanı regional telekanalların böyük əksəriyyətinin Şuranın qərarına əməl etdiyi müəyyənləşib.

"Yanvarın əvvəllərində bayram günləri olduğundan, Şuranın qərarı telekanallara gec çatıb. Ona görə də, bayram günlərində qərara tam əməl olunmaması ilə bağlı faktlar aşkarlansa da, sonradan bu səhvlər aradan qaldırıldı", - Məhərrəmli əlavə edib.

Azərbaycanda 21 regional telekanal fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti