...

Almaniyada yaşayan və təhsil alan azərbaycanlı gənclər yeni diaspor təşkilatı yaradıblar

Cəmiyyət Materials 16 Yanvar 2009 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir C.Babayeva/ Almaniyada yeni diaspor təşkilatı-"Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi" təsis edilib.

Birliyin yaranmasının məqsədi bir neçə ildir Almaniyada yaşayan və təhsil alan azərbaycanlı gəncləri birləşdirmək, onlarla dostluq əlaqələri qurmaq və birgə layihələr həyata keçirməkdir, cümə günü Disaporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.

Yeni qurum həmçinin Almaniyada, əsasən də bu ölkənin universitetlərində Azərbaycan gecələri, müxtəlif elmi konfranslar və digər tədbirlər vasitəsilə Azərbaycanı, onun tarixini, adət-ənənələrini, mədəniyyətini və ən böyük problemi olan Qarabağ həqiqətlərini ictimaiyyətə çatdırmağı nəzərdə tutub. Birliyin bir neçə şəhərdə bölmələri fəaliyyət göstərir. Təşkilatın sədri Frayberq Texniki Universitetində təhsili alan Samir Abbasovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti