...

Azərbaycan "Qara qızıl"ı Maslyakovun liqasını seçib

Cəmiyyət Materials 29 Yanvar 2009 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar /Trend Life, müxbir E.Hüseynzadə/

Azərbaycanın "Qara qızıl" ŞHK komandası yeni mövsümdən etibarən Yüksək Moskva Liqasında olduğu kimi, aparıcısı klubun prezidenti Aleksandr Maslyakov olan Ukrayna Yüksək ŞHK liqasında çıxış edəcək. "Qara qızıl" Rusiyada təhsil alan azərbaycanlı tələbələrdən təşkil olunmuş bir komandadır.

Onlar XX yubiley Soçi festivalında iştirak etsələr də, qala-konsertə vəsiqə qazana bilməyiblər. Festivalın ikinci turundan sonra onlara Birinci Rusiya Liqası və ya Ukrayna yüksək liqasında çıxış etmək təklif olunub. ŞHK-çılarımız ikinci varianta razı olublar.

"Məncə uşaqlar düzgün seçim ediblər. Çünki onlar bütün il ərzində Maslyakovun gözü qabağında olacaqlar və uğurlu çıxış etdikləri halda avtomatik olaraq ya Premyer, ya da Yüksək Liqaya düşəcəklər", - Trend Life-a Bakı ŞHK-nın prezidenti Pərviz Məmmədov deyib.

Ukrayna çempionatı çox yüksək səviyyəli turnirdir. Təsadüfi deyildir ki, onu şəxsən Maslyakov və bütün Moskva komandası aparır. Bu liqanın çıxışları Ukrayna televiziyası vasitəsilə yayımlanır. Fevralda "Qara qızıl"ı Ukrayna ŞHK Liqasının festivalında çıxış gözləyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti