...

Dinlərarası sammit Bakıda gələn ilin aprel ayında keçiriləcək - Qafqaz Müsəlmanları İdarəsinin sədri

Cəmiyyət Materials 4 Fevral 2009 00:08 (UTC +04:00)
Dinlərarası sammit Bakıda  gələn ilin aprel ayında keçiriləcək - Qafqaz Müsəlmanları İdarəsinin sədri

Rusiya, Moskva, 03 fevral/ Trend , müxbir R.Ağayev/ Moskva və Bütün Rusiya Patriarxı Kirill məşqul olmasını və səfərlərin olmasını nəzərə alıb bu ilin sentyabr-oktyabr ayında keçirilməsi nəzərdə tutulan dinlərarası konfransın vaxtının dəişməsini və onun 25-27 aprel 2010-cu ildə keçirilməsini xahiş edib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskvada patriarıxın iqamətgahında Moskva və Bütün Rusiya Patriarxı Kiril ilə keçirdiyi görüşün yekununda deyib.

Onun sözlərinə görə, bu konfransın keçirilməsinə hazırlıq məqsədi ilə Azərbaycanın Rusiyada səfiri Polad Bülbüloğlunun başçılıq etdiyi işçi qrupunnu yaradılması qərara alınıb. Azərbaycanın səfirliyi isə konfransın təşkili məsələlərini koordinasiya edəcək.

Paşazadənin fikirincə, ikitərəfli əlaqələrin qurulmasında mənəvi və əxlaqi əlaqələrə böyük önəm verilir.

"Azərbaycan və Rusiya arasında siyasi, iqtisadi, dini və digər sahalərdə olan münasibətlər çox yüksək səviyyədə inkişaf edir. Biz öz tərəfimizdən iki tərəfli əlaqələrə olan münasibəti yüksək səviyyədə saxlamışıq", Paşazadə dedi.

Onun sözlərinə görə, Aleksi İkincinin indiki patriarxın müşayətilə Azərbaycana iki dəfə səfər etməsi Azərbaycana və bizim ölkənin dindarlarına tiqqətin olmasını sübut edir. "Bu gün Azərbaycanda kilsələrin tikilməsi və onların müsəlmanlar tərəfindən bərpa edilməsi tək Azərbaycanda yaşayan xristianlara deyil, bütün dünya xristianlarına onu göstiərir ki, Azərbaycanda tolerantlığın səviyyəsi çox yüksəkdir. Bu nöqteyi nəzərdən Kirilin Aəzərbaycana olan münasibəti yüksək səviyyədə olub və bu səviyyədədə qalacaq", Şeyxülislam deyib.

Paşazadə QMİ-nin və RPK-nin sıx əməkdaşlığına ümidvar olduğunu bildirib.

O həmçinin bildirib ki, patriarxla görüşü zamanı əməkdaşlığın yaxın və uzaq gələcəyə olan liyihələri müzakirə olunub. "Biz, hələ Aleksi İkincinin vaxtında işlənmiş əməkdaşlıq layihəsinə uyğun olaraq əlaqələri qurmaq barədə razılıq əldə etmişik", - Paşazadə deyib.

Xəbər lenti

Xəbər lenti