...

Azərbaycanlı futbolçu Türkiyə klubunun yoxlama oyununda iştirak edib

Cəmiyyət Materials 5 Fevral 2009 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu Ramal Hüseynov Türkiyənin "Kocaelispor" klubunun yoxlama oyununda iştirak edib. Bu barədə cümə axşamı Türkiyə mətbuatı xəbər verib.

Türkiyə Superliqası çərçivəsində "Sivasspor"la oyuna hazırlaşmaq məqsədi ilə "Derince Belediyyespor"la yoxlama görüşü keçirən "Kocaelispor" 2:0 hesabı ilə qələbə qazanıb.

Hüseynov oyunun ilk hissəsində meydanda olub və fasilədə türkiyəli futbolçu ilə əvəzlənib.

"Kocaelispor"da çıxış edən digər azərbaycanlı futbolçu - Rəşad Sadıqov isə yoxlama oyununda iştirak etməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti