Türkiyənin Baş Naziri Rəcəb Tayyip Ərdoğan Azərbaycanın xalq şairi, ictimai xadim Bəxtiyar Vahabzadənin xatirəsinin daima könüllərdə yaşayacağını bildirib.
" Bəxtiyar Vahabzadə türk dilinə əvəzsiz xidmətinə görə daima könüllərimizdə yaşayağaq "-deyə Ərdoğan bildirib. Bu haqda Türkiyənin "Cihan" informasiya agentli məlumat verib.
Ərdoğan Azərbaycan xalqına və ədəbiyyat dünyasına baş sağlığı verib.
"Mərhuma Allahdan rəhmət diləyir , Azərbaycan ədəbiyyatına isə başsağlığı verirəm"-deyə Ərdoğan bildirib.
Azərbaycanın xalq şairi , ictimai xadim Bəxtiyar Vahabzadə uzun sürən xəstəlikdən sonra fevralın 13-də 84 yaşında vəfat edib.