Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbol hakimi Babək Quliyev 19 yaşlı futbolçular arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin oyunlarına təyinat alıb. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
Quliyev seçmə mərhələnin elit raundunun 6-cı qrupu çərçivəsində, bu il mayın 26-dan iyunun 2-dək İngiltərədə keçiriləcək oyunlara təyinat alıb.
Azərbaycanlı referinin 6-cı qrupda oyunlarını idarə edəcəyi yığma komandalar İngiltərə, Şotlandiya, Slovakiya və Bosniya və Herseqovina milliləri olacaq.
Quliyevlə yanaşı, köməkçi-hakim Əliyar Ağayev də seçmə mərhələnin oyunlarına təyinat alıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]