...

Azərbaycanın çimərlik futbolu üzrə yığma komandasına yeni baş məşqçi təyin olunub

Cəmiyyət Materials 19 Fevral 2009 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir R.Ergün/ Çimərlik futbolu üzrə Azərbaycan yığma komandasının yeni baş məşqçisi Emil Cabbarov təyin olunub. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Çimərlik futbolu üzrə yığmanın keçmiş baş məşqçisi Enrike Qustavo Silva olub. Braziliyalı baş məşqçinin Azərbaycan Çimərlik Futbolu Federasiyası ilə müqaviləsi bir müddət əvvəl başa çatıb.

AFFA-nın mətbuat xidməti Cabbarovla neçə illik müqavilə bağlandığı barədə məlumat verməyib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti