...

Bakıda bədii gimnastika üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib (video)

Cəmiyyət Materials 21 Fevral 2009 12:10 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib (video)

Azərbaycan, Bakı, 21 fevral / Trend , müxbir R.Ergun/ Bakıda şənbə günü bədii gimnastika üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Avropa çempionatı mayın 15-17-də  Bakıda keçiriləcək. Bu yarışmada 31 ölkənin bədii gimnastları iştirak edəcək.

Püşkatmaya əsasən, Azərbaycanın gimnastika üzrə qrup komandası 5 lentlə hərəkətlərdə 12-ci çıxış edəcək.

Fərdi yarışmalarda isə Azərbaycan gimnastlərı A qrupunda 8-ci yerdə çıxış edəcək.

Püşkatma mərasimində Avropa Gimnastika İttifaqının bədii gimnastika üzrə texniki komitəsinin 6 üzvü iştirak edib. Püşkatmaya Avstriyadan olan Hayde Bruneder rəhbərlik edib.

Azərbaycan gimnastləri Pekin olimpiadasında uğurla çıxış ediblər. Gimnastımız Aliyə Qarayeva olimpiadada final mərhələyə çıxıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti