Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir R.Ergün / Futbol üzrə Azərbaycan kuboku uğrunda keçirilən oyunlardan ikisi başa çatıb.
Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Neftçi" oyununda meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıblar. "Qarabağ"ın heyətində qolu görüşün 4-cü dəqiqəsində Zaur Ramazanov vurub.
"Qəbələ" - "Olimpik" görüşü isə 1:1 hesabı ilə başa çatıb.
"Qəbələ"nin heyətində Kənan Kərimov, "Olimpik"də isə Bəşir Müqədi fərqlənib.
Hər iki qol 11 metrlik cərimə zərbəsi ilə vurulub.
Bu gün 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək. "İnter" "Simurq"la, "Xəzər-Lənkəran" isə "Bakı" ilə qarşılaşacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]