...

Azərbaycanda "dedovşina" faktı ilə bağlı keçirilən məhkəmədə prokuror təqsirləndirilənlərə iş istəyib

Cəmiyyət Materials 27 Fevral 2009 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir K.Zərbalıyeva /

Bakı Hərbi Məhkəməsində "dedovşina" faktı ilə bağlı keçirilən məhkəmə iclasında prokuror təqsirləndirilənlərə iş istəyib.

Trend -un məlumatına görə, cümə günü keçirilən prosesdə çıxış edən prokuror, yəqsirləndirilən Famil Qəniyevə 4 il 6 ay, digərləri Cabir Yusibov, Rahid Cəfərov, Adil Abbasov və Elxan Alməmmədovun hər birinə isə 4 il azadlıqdan məhrumetmə cəzasının verilməsini məhkəmədən xahiş edib.

Proses martın 1-də vəkillərin çıxışı ilə davam edəcək.

Trend -un arayışı: Ötən ilin oktyabrında İnternetdə hərbi hissənin tibb məntəqəsində müalicə alan əsgərlərin "dembel"lər (hərbi xidmətinin başa çatmasına az qalmış əsgər) tərəfindən döydürüldüyü barədə görüntülər yayılıb. Hadisənin ötən ilin fevral ayında Müdafiə Nazirliyinin Ələtdəki hərbi hospitalında baş verdiyi bildirilir.

Bu məsələ ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma (332) maddəsi ilə cinayət işi açılmış və istintaq aparılmışdı.

İş üzrə 5 zərərçəkmiş tanınıb, onlardan dördü şikayətini geri götürüb.Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova işgəncə və "dedovşina" hallarının qarşısını almaq üçün orduya ictimai nəzarətin həyata keçirilməsini vacib sayır. "Hərbi hissələrə və cəzaçəkmə müəssisələrinə mütləq ictimai nəzarət həyata keçirilməlidir", - daha öncə Trend -a ombudsman Süleymanova bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti