...

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti futbol totalizatorunun rəsmiləşdirilməsinin tərəfdarıdır

Cəmiyyət Materials 17 Mart 2009 15:08 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti futbol totalizatorunun rəsmiləşdirilməsinin tərəfdarıdır

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir E.İsmayılov /

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti futbol totalizatorunun rəsmiləşdirilməsinin tərəfdarıdır.

"Qara bazarda totalizator işləyir və bu gəlir işbazların cibinə axır. Nəticədə qazanılan gəlir idmanın, futbolun inkişafına xərclənmir", - Trend -un məlumatına görə, çərşənbə axşamı jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev bildirib.

Azərbaycanın hər guşəsində, xüsusən Bakıda, Gəncədə, Sumqayıtda və Lənkəranda qeyri-rəsmi futbol totalizatorları geniş fəaliyyətdədir.

Abdullayev deyib ki, futbol totalizatoru qanuniləşdirilməlidir və bundan gələn gəlir futbolun inkişafına xərclənməlidir.

"Bu praktikadan dünya ölkələrində istifadə olunur", - Abdullayev deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti