...

Azərbaycanda dini etiqad azadlığının təmin olunması üçün "Qaynar xətt" sistemi yaradılıb

Cəmiyyət Materials 30 Mart 2009 15:03 (UTC +04:00)

Azərbaycan, Bакı, 30 mart  / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanda dini etiqad azadlığının təmin olunması ilə əlaqədar məsələləri operativ həll etmək üçün "Qaynar xətt" sistemi yaradılıb.

"Bu sistem dini etiqad azadlığının təmin olunmasında şəffaflığı artıracaq və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət planının reallaşdırılmasına yardımçı olacaq", - bazar ertəsi Trend -a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Məlumatda vurğulanır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətini əhatə edən bütün sahələrdə hər hansı problem, hüquqpozmalar və qanun pozuntusu ilə rastlaşdıqda "Qaynar xətt"ə müraciət etmək olar:

Bakı şəhəri, Əhməd Cavad küçəsi, 12

Tel. : 437-31-15, 492-58-29

E-mail: [email protected]

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti