...

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı qərarını açıqlayıb

Cəmiyyət Materials 2 Aprel 2009 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı qəbul etdiyi qərarı açıqlayıb.

Trend -un Avropa Məhkəməsinin internet saytına istinadən verdiyi məlumata görə, Mahirə Sədrəddin qızı Muradovanın işi ilə bağlı çıxarılmış qərara görə, Məhkəmə Azərbaycan dövlətinin 25 min avro məbləğində cərimələnməsi barədə qərar çıxarıb.

Muradova Azərbaycan vətəndaşıdır.

2003-cü ilin prezident seçkilərinin nəticələrinə qarşı müxalifətin 16 oktyabr 2003-cü ildə təşkil etdiyi mitinqdə polis zorakılığı nəticəsində sağlamlığına ağır xəsarət yetirilən ərizəçi İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasının işgəncələrin qadağan edilməsi (3-cü), ədalətli məhkəmə araşdırması hüququ (6-cı) və səmərəli hüquqi müdafiə vasitələri hüququ (13) maddələri ilə nəzərdə tutulmuş hüquqlarının pozuntusundan şikayət verib.

Avropa Məhkəməsi Azərbaycana qarşı indiyədək 16 qərar qəbul edib. Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti