...

Azərbaycanın futbol üzrə millisinin dəstəklənməsi üçün şüar aksiyasına start verilib

Cəmiyyət Materials 22 Aprel 2009 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı 22 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) "Millimizə dəstək" mövzusunda şüar aksiyası keçirir.

AFFA-nın mətbuat xidmətindən çərşənbə günü Trend -a bildiriblər ki, aksiyanın məqsədi millinin oyunlarında azarkeşlərin bir səslə şüarı oxumasına nail olmaqdır.

"Veriləcək şüarlar vətənpərvərlik ruhunda, oyunçulara hər an əlavə güc verəcək səviyyədə, stadionda hər kəs tərəfindən eyni zamanda deyilə biləcək şəkildə, qısa, lakonik və ritmik olmalıdır. Şüarlar minlərlə azarkeş tərəfindən eyni zamanda səsləndirilməklə millimizin üzvlərinə əlavə güc verərək, komandamızın qələbə qazanmasında xüsusi rol oynaya bilər", - məlumatda deyilir.

Şüarlarda nalayiq ifadələrə yol verilməməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti