...

Azərbaycan futbolçuları Rusiyanın MOİK klubu ilə heç-heçə edib

Cəmiyyət Materials 27 Aprel 2009 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir A. Hüseynbala /

Qazaxıstanın Alma-Ata şəhərində keçirilən "Prezident kuboku" turnirində iştirak edən Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) Futbol Akademiyasının yetirmələrindən ibarət "Akademiya" komandası bazar günü növbəti oyununu keçirib.

Trend -un məlumatına görə, Rusiyanın MOİK (Moskva) komandası ilə qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Komandamızın hər iki qolunu Elşən Abdullayev vurub.

"Akademiya" növbəti oyununu aprelin 29-da Rusiyanın "Spartak" (Moskva) komandasına qarşı keçirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti