Azərbaycan, Bakı, 01 may / Trend , müxbir A.Hüseynbala /
Peşəkar Futbol Liqasının (PFL) İntizam Komitəsi "Qəbələ" klubunun baş məşqçisini cəzalandırıb.
PFL-dən cümə günü Trend -a bildirilib ki, İntizam Komitəsinin qərarı ilə XVII Azərbaycan Kubokunun 1/2 finalının "İnter" - "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 1000 (bir min) manat cərimə olunub.
Matçın 30-cu dəqiqəsində "Qəbələ" klubunun baş məşqçisi Ramiz Məmmədov özünü aqressiv apardığına görə texniki zonadan kənarlaşdırıldığı üçün baş məşqçi 1 oyunluq cəzalanır, klub 2000 (iki min) manat cərimə olunur.
Oyunun 78-ci dəqiqəsində "Qəbələ" klubunun 20 nömrəli futbolçusu Anar Qasımov rəqibini bilərəkdən təpiklə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 (iki min) manat cərimə olunur (maddə 48).
Azərbaycan Kubokunun 1/2 finalının digər "Bakı" - "Qarabağ" matçının 59-cu dəqiqəsində "Bakı" klubunun 14 nömrəli futbolçusu Elvin Əliyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalandırılıb, klub 200 (iki yüz) manat cərimə olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]