...

Azərbaycanda hakimi söyən məşqçi cəzalandırılıb

Cəmiyyət Materials 5 May 2009 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) İntizam Komitəsi hakimi söyən məşqçini cəzalandırıb.

PFL-in mətbuat xidmətindən çərşənbə axşamı Trend -a bildirblər ki, mayın 2-də Premyer Liqanın XXIV turunun "Bakı"-"Simurq" matçında "Simurq" klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 81-ci dəqiqəsində "Bakı" komandasının məşqçisi Asif Əliyev hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılıb və 4 oyunluq cəzalandırılıb, klub isə 4000 manat cərimə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti