...

Vyanada "Bakı" adlı kafe fəaliyyətə başlayıb

Cəmiyyət Materials 12 May 2009 02:35 (UTC +04:00)

Avstriya, Vyana, 12 may / Trend müxbir A.Ələsgərov/  Vyanada "Bakı" adlı yeni kafe fəaliyyətə başlayıb. Burada müştərilərə şərab və südlə qalyan, milli şirniyyətlərimiz, salatlar, alkoqollu və alkoqolsuz içkilər, habelə milli çayımız təklif olunacaq.

Kafe sahibləri ilə söhbət zamanı bəlli olub ki, "Bakı" Avstriyadakı həmyerlilərimizin görüş çevrilməklə yanaşı, Azərbaycan mətbəxi ilə mədəniyyəti təbliğ etmək niyyətindədir. Kafe Vyana İqtisad Universiteti yaxınlığında yerləşir.

Kafenin açılışında ölkəmizin Avstriyadakı səfiri Fuad İsmayılovla yanaşı səfirliyin əməkdaşları, Azərbaycanın Slovakiyadakı fəxri konsulu Cəlal Qasımov, Vyanada yaşayan həmyerlilərimiz və qonaqlar iştirak edib.

Xəbər lenti

Xəbər lenti