Azərbaycan, Bakı, 15 may / Trend , müxbir D.İbrahimova /
Bədii gimnastika üzrə Avropa çempionatında B və C qrupları üzrə çıxışların nəticələrinə görə 0.475 bal fərqlə 94.300 bal toplayan İtaliya yığması öndədir. İkinci və üçüncü yerldəri Polşa (93.825) və Macarıstan (92.000) yığmaları qərarlaşıb.
Dördüncü yerdə 91.525 balla Gürcüstan, beşinci yerdə 89.225 balla Türkiyə, altıncı yerdə 89.075 balla Çexiya, yeddinci yerdə 88.975 balla Portuqaliya, səkkizinci yerdə 87.350 balla Finlandiya, doqquzuncu yerdə 86.875 balla Sloveniya, onuncu yerdə 83.875 balla Kipr, 11-ci 82.875 balla Rumıniya, 12-ci 82.225 balla Latviya, 13-cü 81.900 balla Slovakiya, 14-cü yerdə 80.9850 balla Belçika, 15-ci yerdə 77.800 balla Britaniya, 16-cı yerdə 75.975 balla Litva, 17-ci yerdə 75.225 balla Norveç və 18-ci yerdə 70.075 balla Moldova qərarlaşıb.
Azərbaycan gimnastları güclülər qrupu olan A qrupunda çıxış edəcəklər.
Mayın 15-də Bakıda bədii gimnastika üzrə 2009-cu il 25-ci Avropa Çempionatı start götürüb. Yarışın keçirilməsini Azərbaycan Gimnastika Federasiyası üzərinə götürüb. Yarışlarda 32 ölkənin 186 gimnastı iştirak edir. Həmin gün yerli vaxtla saat 18:30-da başlanacaq çempionatın rəsmi açılış mərasimi keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]