Azərbaycan, Bakı, 20 may / Trend , müxbir A.Hüseynbala /
Azərbaycan güləşçiləri mayin 30-da İtaliyanin Sassari şəhərində keçiriləcək 14-cü "Town of Sassari" beynəlxalq turnirində iştirak edəcək.
Gənclər və İdman Nazirliyindən çərşənbə günü Trend -a bildiriblər ki, Azərbaycanı yunan-roma güləşində 60 kq çəkidə Cəlilov Sakit, Bayramov Rövşən, 66 kq çəkidə Rəhimov Vitaliy, Əliyev Fuad, 74 kq-da Mansurov Fərid, Mürsəliyev Elvin, 96 kq-da Qadabadze Şalva təmsil edəcək.
Qadınların yığmasında Azərbaycanı 55 kq çəkidə Qradyuk Nadiya, Komarova Yelana, 59 kq-da Mürsəliyeva Elvira, Əhmədli Sona, 63 kq-da Zamula Olesya, 67 kq-da Kaçina Mariya və 72 kq-da İvanova Dina təmsil edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]