...

Bakının "İçərişəhər" qoruğunun bufer zonasının yaradılması barədə qərar qəbul edilib

Cəmiyyət Materials 29 May 2009 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Nazirlər Kabineti "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının yaradılması haqqında qərar qəbul edib. 

Qərara əsasən, "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğunun mühafizə (bufer) zonası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi ilə razılaşdırmaqla təqdim etdiyi plan-sxemə uyğun olaraq müəyyən ediləcək.

"İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinə 3 ay müddətində "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamənin layihəsini hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti