...

Azərbaycanda bu il keçirilməsi nəzərdə tutulan "Eurovision" rəqs müsabiqəsi təxirə salınıb

Cəmiyyət Materials 29 May 2009 22:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may / Trend , müxbir K.Zərbalıyeva /

Bakıda 2009-cu il sentyabr ayında keçirilməsi nəzərdə tutulan "Eurovision" rəqs müsabiqəsi 2010-cu ilə qədər təxirə salınıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, Azərbaycanın bu tədbirə yüksək səviyyədə hazırlaşmasına, iştirkaçı ölkələr üçün müəyyən güzəştlər etməsinə baxmayaraq, dünyada baş verən iqtisasi böhran tədbirin keçirilməsinə öz təsirini göstərib.
Maliyyə çətinliyi ilə üzləşən əksər Avropa ölkələrinin ictimai kanalları bu yarışda iştirakdan imtina edib.
Avropa Yayım Şurasının qərarında Azərbaycanın "Eurovision" rəqs müsabiqəsinə ev sahibliyi etməsində heç bir dəyişiklikliyin olmadığı vurğulanıb.

Avropa Yayım Şurasının prezidenti Byorn Eriksen "dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycanın bu layihənin yüksək səviyyədə keçirilməsinə tam təminat verdiyini" bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti