...

Bakı məktəblərində yapon dilinin tədrisi mümkün ola bilər - nazir

Cəmiyyət Materials 2 İyun 2009 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend , müx. C.Babayeva /

Bakının orta məktəblərində təhsil proqramına yeni xarici dil - yapon dilinin daxil edilməsi mümkün ola bilər, çərşənbə axşamı təhsil naziri Misir Mərdanov jurnalistlərə bildirib.

"Yaxın zamanlarda bu məsələ Yaponiyanın Azərbaycandakı səfiri ilə müzakirə ediləcək. Yapon dilinin tədrisi Bakının bir neçə məktəbində tətbiq ediləcək", - Mərdanov deyib.

Nazir məlumat verib ki, bu yaxınlarda o, Malayziya, Sinqapur və Yaponiyada səfərdə olub. "Səfər zamanı bu ölkələrin təhsil nazirləri ilə təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Yaponiyanın təhsil naziri Azərbaycana dəvət edilib", - Mərdanov bildirib.

Hazırda Azərbaycanın orta məktəblərində xarici dil qismində rus, ingilis, fransız və alman dilləri tədris olunur.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti