...

Azərbaycanın Milli QHT Forumunda dəstək mərkəzi fəaliyyətə başlayıb

Cəmiyyət Materials 3 İyun 2009 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir C.Babayeva /  

Azərbaycanın Milli Qeyri-Hökumət Təşkilatları Forumunda QHT-lərə texniki və informasiya dəstəyi mərkəzi fəaliyyətə başlayıb. 

"Mərkəzin yaradılmasında əsas məqsəd dövlət qeydiyyatı olan və olmayan qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dəstək verməkdir. Milli QHT Forumuna üzv olmayan qeyri-hökumət təşkilatları da mərkəzin dəstəyindən istifadə edə bilərlər", - çərşənbə günü Trend -a Milli QHT Forumunun rəhbəri Rauf Zeyni məlumat verib.

Trend -un arayışı: Azərbaycanın Milli QHT Forumuna üzv olan təşkilatların sayı 503-dür. Ölkədə üç mindən çox QHT var. 

Zeyni bildirib ki, Milli QHT Forumu dövlət qeydiyyatı ilə bağlı problemləri olan qeyri-hökumət təşkilatlarına da köməklik göstərir. "Forum qeydiyyatla bağlı çətinlikləri olan qeyri-hökumət təşkilatlarına dəstək məktubu təqdim edir", - forum rəhbəri deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti