...

Azərbaycanda türkiyəli iş adamı barəsində dövlət sərhədini qanunsuz keçməyə cəhdetmə maddəsi ilə cinayət işi açılıb

Cəmiyyət Materials 4 İyun 2009 17:44 (UTC +04:00)

Azərbaycan, Bаkı, 04 iyun / Trend , müxbir A.Hüseynbala /

Sərhədi qanunsuz keçdiyi üçün Azərbaycanda korrupsiya cinayətlərinə görə məhkum olunmuş "Barmek"in prezidenti Hüseyin Arabul barəsində Cinayət Məcəlləsinin qarşı dövlət sərhədini qanunsuz keçməyə cəhdetmə (318) maddəsi ilə cinayət işi açılıb.

Bu barədə cümə axşamı Trend -a Arabulun vəkili Abbas Atakişi məlumat verib.

Trend -un arayışı: Sərhədi qanunsuz keçdiyi üçün Azərbaycanda korrupsiya cinayətlərinə görə məhkum olunmuş "Barmek"in prezidenti Hüseyin Arabul hazırda Dövlət Sərhəd Xidmətində (DSX) saxlanılır.

Vəkil bildirib ki, Arabulu Gürcüstan sərhədçiləri saxlayıb və Azərbaycan sərhədçilərinə təhvil veriblər.

Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 2007-ci ildə 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilib.

Onun cəza müddəti başa çatmadığından Azərbaycanı tərk edə bilməz.

DSX-nin mətbuat xidmətindən əlavə məlumat almaq mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti