...

Azərbaycan Qılıncoynatma Federasiyasının yeni nizamnaməsi qəbul olunub

Cəmiyyət Materials 5 İyun 2009 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir A.Hüsaeynbala /

Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) V konfransı keçirilib. Trend -un məlumatına görə, konfransda yeni nizamnamə qəbul olunub. Daha sonra İcraiyyə Komitəsinə (İK) yeni üzvlər seçilib. Nəticədə İK üzvlərinin sayı 6-dan 7-dək artırılıb.

Yeni nizamnaməyə əsasən, AQF-in prezidenti Nazim İbrahimov, vitse-prezidentlər Valeh Hacıyev və Yaşar Məmmədov, eləcə də baş katib Ramin Məmmədov avtomatik olaraq İK-nın üzvü olub. Bundan başqa, "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin direktoru Sadıq Sadıqov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ülviyyə Hacıyeva və qılıncoynatma yığmasının baş məşqçisi Tahir Həkimov da komitəyə üzv seçilib.

Artıq İK-nın yeni tərkibdə ilk iclası da keçirilib. İclasda Hakimlər Komissiyası, Uşaq-Gənclər İdman Məktəbinin İnkişafı Komissiyası və Nizam-İntizam Komissiyası yaradılıb. İK-nın üzvlərinin 6-dan 7-dək artırılması isə zərurətdən doğub. Bu yolla AQF rəhbərliyi müəyyən məsələlərin müzakirəsi zamanı bərabər səslərin qeydə alınmasının qarşısını alacaq.

Yeni nizamnamə yaxın günlərdə qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə göndəriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti