...

Azərbaycanın ali təhsil məktəblərinə imtahanlar zamanı bir yerə dörd namizəd düşəcək - Dövlət Komissiyası

Cəmiyyət Materials 12 İyun 2009 12:36 (UTC +04:00)
Azərbaycanın ali təhsil məktəblərinə imtahanlar zamanı bir yerə dörd namizəd düşəcək - Dövlət Komissiyası

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir C.Babayeva /

"Azərbaycan Nazirlər Kabineti 2009/2010-cu tədris ili üçün dövlət və özəl təhsil müəssisələrində bakalavr pilləsində plan yerlərinin sayını təsdiqləyib. Plana əsasən, ümumilikdə 28 825 yer var: birinci qrup - 8756, ikinci - 7326, üçüncü - 9288, dördüncü - 3455", - cümə günü jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, bir yerə orta hesabla dörd namizəd olacaq.

Azərbaycanda qəbul imtahanlarında iştirak etmək istəyən 114 284 abituriyent elektron bəyannamələri ilə təsdiqləyiblər. Qəbul 149 ixtisas üzrə aparılacaq.

Xəbər lenti

Xəbər lenti