...

Azərbaycanın "Təhsil haqqında" yeni qanununda əksər təkliflər nəzərə alınıb – nazir

Cəmiyyət Materials 16 İyun 2009 14:29 (UTC +04:00)
Azərbaycanın "Təhsil haqqında" yeni qanununda əksər təkliflər nəzərə alınıb – nazir

Azərbaycan, Bakı, 16 iyun / Trend , müxbir C.Babayeva / 

Azərbaycanın təhsil naziri "Təhsil haqqında" qanunda Təhsil Nazirliyinin əksər təkliflərinin nəzərə alındığını bildirib.  

"Müsbət məqamlar ondan ibarətdir ki, olimpiada qaliblərinin universitetlərə imtahansız qəbul olunması saxlanılıb. Təkmilləşdirmə və ixtisasartırma ilə də bağlı layihəyə maddələr əlavə olunub", - Trend -un məlumatına görə, çərşənbə axşamı Milli Məclisin Elm və təhsil komitəsinin iclasında təhsil naziri Misir Mərdanov bildirib. 

Trend -un arayışı: Azərbaycanda qüvvədə olan "Təhsil haqqında" Qanun 1992-ci ildə qəbul olunub. 1995-ci ildən Milli Məclis yeni qanunun hazırlanmasına başlasa da, 14 il ərzində qanun qəbul olunmayıb. 

Milli Məclisin iyunun 19-da keçiriləcək iclasının gündəliyinə "Təhsil haqqında" qanunun ücüncü oxunuşu salınıb. 

Onun fikrincə, təhsilin adambaşına maliyyələşdirilməsi və təhsil müəssisələrinin xəzinədarlarının olması ilə bağlı müddəaların layihədə əksini tapması da müsbət məqamdır.

"İradım ondan ibarətdir ki, layihədə ali məktəb tələbələrinin və müəllimlərinin xüsusi forma geyinməsi ilə bağlı müddəa müsbət qarşılanmayacaq", - Mərdanov deyib.  

Nazir "Təhsil haqqında" qanun layihəsinin yüksək səviyyədə hazırlandığını deyib.

"Layihə parlamentdə üçüncü oxunuşda qəbul olunarsa, bu, Azərbaycan cəmiyyəti üçün müsbət nəticələr verə bilər", - Mərdanov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbər lenti

Xəbər lenti