...

Güney Azərbaycandakı soydaşlarımız İrandakı etiraz aksiyalarına qoşulmurlar – DAK həmsədri

Cəmiyyət Materials 18 İyun 2009 14:04 (UTC +04:00)
Güney Azərbaycandakı soydaşlarımız İrandakı etiraz aksiyalarına qoşulmurlar – DAK həmsədri

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir A.Hüseynbala /

Güney Azərbaycandakı soydaşlarımız İranda keçirilən prezident seçkisinin nəticələri ilə razılaşmayan qüvvələrin etiraz mübarizəsinə qoşulmayıblar.

"Mən Cüney Azərbaycanda fəaliyyət göstərən milli-azadlıq hərəkatının liderləri ilə əlaqə saxlamışam, onların fikrincə, İranda seçkidən sonra baş verən hadisələr hakimiyyət uğrunda mübarizə aparan iki qüvvə arasında gedir", - cümə axşamı Trend Xəbərlər Şirkətində keçirilən tədbirdə Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Trend -un arayışı: İran Prezidenti Mahmud Əhmədinejad və onun əsas rəqibi Mir Hüseyn Müsəvinin tərəfdarları arasında bazar ertəsi gecə baş vermiş toqquşma nəticəsində 25 nəfər həlak olub.

İyunun 12-də keçirilən prezident seçkisində hazırki prezident Əhmədinejad 63,6 faiz səs çoxluğu ilə qalib gəlib.

Rüstəmxanlı deyib ki, soydaşlarımız İranda hakimiyyətə hansı qüvvənin gəlib-gəlməməsinin onların haqlarının pozulması ilə bağlı proseslərə hər hansı bir müsbət təsir göstərəcəyini düşünmürlər.

"İranda iki qüvvənin hakimiyyət uğrunda mübarizəsi Güney Azərbaycanda yaşayan soydaşlarımızın mənafeyinə uyğun deyil", - tədbirdə DAK-ın digər həmsdəri Firudin Pərviznia bildirib.

Onun sözlərinə görə, DAK prosesləri diqqətlə izləyərək soydaşlarımızın mənafeyinə uyğun mövqe tutacaq.

"İranda baş verən indiki proseslər bir daha göstərdi ki, xalq indiki hakimiyyəti qəbul etmir. Bu ölkədə hakimiyyət uğrunda aparılan mübarizənin nəticələri regionda baş verəcək gələcək proseslərə də müsbət və mənfi təsiri ola bilər. Biz bütün bunları nəzərə alaraq İranın indiki hakimiyyətini dinc əhaliyə qarşı repressiyalardan əl çəkməyə çağırırıq", - tədbirdə DAK adından açıqlanan bəyanatda bildirilir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti