...

Azərbaycan polisini bıçaqlayan şəxsə hökm oxunub

Cəmiyyət Materials 29 İyun 2009 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun / Trend , müxbir H.Bağırov /

Azərbaycan polisini bıçaqlayan şəxsə hökm oxunub.
İlqar Bədəlov Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Xidməti İdarəsinin əməkdaşı, 1976-cı il təvəllüdlü Dilsuz Dəmirçiyevi qəsdən öldürməyə cəhddə təqsirli bilinib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Əlövsət Abdullayev Bədəlovun təqsirinin istintaq zamanı sübuta yetirildiyini nəzərə alaraq onun 11 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Bədəlov bu il martın 2-də Dəmirçiyevin bədəninin müxtəlif nahiyələrinə bıçaqla 10-a yaxın zərbə yetirib. Xəstəxanaya çatdırılan polis əməkdaşının həyatını həklimlər xilas edə biliblər.

Bədəlov qəsdən adam öldürməyə cəhd maddəsi ilə (29, 120.1-ci) təqsirli bilinib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti