Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir C.Babayeva /
Azərbaycanın bütün qruplar üzrə abituriyentləri 10 gün ərzində ixtisas seçə bilərlər.
"Abituriyentlər iyulun 25-dən avqustun 3-dək qəbul imtahanları ballarının elan olunmasından sonra internet vasitəsilə ixtisas seçə bilərlər", - deyə cümə günü jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev bildirib.
Birinci ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 12-də, ikinci ixtisas qrupu üzrə iyulun 24-də, üçüncü ixtisas qrupu üzrə iyulun 5-də, dördüncü ixtisas qrupu üzrə qəbul imtahanları isə iyulun 18-də keçiriləcək.
"Birinci, ikinci və dördüncü ixtisas qrupları üzrə keçid balı 250, üçüncü qrup üzrə keçid balı isə 300 bal təşkil edir", - deyə Babayev bildirib.
"İmtahanların keçirildiyi ixtisasların siyahısı "Abituriyent" jurnalının dödüncü sayında dərc olunacaq", - deyə o qeyd edib.
Bu il Azərbaycanın ali məktəblərinə qəbul 149 ixtisas üzrə keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]