...

Azərbaycan Məhkəməsi əsgərlərə qarşı zorakılıq etmiş Daxili Qoşunların zabitlərinin cəzasını azaldıb

Cəmiyyət Materials 6 İyul 2009 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir H.Bağırov /

Azərbaycan Məhkəməsi əsgərlərə qarşı zorakılıq etmiş Daxili Qoşunların zabitlərinin cəzasını azaldıb.

Trend -un məlumatına görə, Şirvan Apellyasiya Məhkəməsi Daxili Qoşunların Hacıqabul şəhərində yerləşən hərbi hissəsinin zabitləri barəsində Lənkəran Hərbi Məhkəməsinin hökmünü dəyişdirib.

Təqsirləndirilən zabitlər Vüqar Ağayev və Eldəniz Rəhimovun hər birinə verilən 5 il azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib.
Həmin hərbi hissədə əsgərlərin döyülməsinə dair ötən il oktyabrın 4-də videoçəkiliş internetdə yayılıb.

Zabitlər Vüqar Ağayev və Eldəniz Rəhimovun sıravi əsgərləri kütləvi şəkildə döydüklərinə görə həbs olunub və barələrində cinayət işi açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti