...

Azərbaycanın hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin məhkəməsi başlayıb

Cəmiyyət Materials 10 İyul 2009 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı,10 iyul / Trend , müxbir H.Bağırov /

Azərbaycanın hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Dəstə üzvləri Şakir Xambutov, Araz Kəngərli, Telman İsayev, Tural Sultanov, Cahangir Bağırov, Əyyub Zeynalov, Teymur Əhədov, Emil Mirzəyev, Ceyhun Sadıqov, Şahin Muxtarov, Kəbir Vəlibəyov, Rövşən Paşayev və Vüqar Xəlilov 2008-ci ilin əvvəlindən başlayaraq müxtəlif tarixlərdə Pakistan və Əfqanıstana gedərək hərbi düşərgələrdə hərbi təlimlər keçiblər. Həmin ölkələrdə azərbaycanlı kontingentin də daxil olduğu hərbi koalisiya qüvvələrinə qarşı döyüşüblər. Dəstə üzvləri ötən ilin sonunda həbs ediliblər.

Onlar barəsindəki cinayət işinin istintaqı  Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsində aparılıb. Dəstə üzvləri Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə (228-ci), Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmə (318-ci) və s. maddələri ilə təqsirləndirilirlər.

Məhkəmə baxışının iyulun 16-da keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti