...

Azərbaycanın Mətbuat Şurasında narkotiklərə qarşı mübarizədə KİV-in rolu mövzusunda tədbir keçiriləcək

Cəmiyyət Materials 16 İyul 2009 14:50 (UTC +04:00)
Azərbaycanın Mətbuat Şurasında “Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə kütləvi informasiya vasitələrinin rolu” mövzusunda dəyirmi masa keçiriləcək.

Azərbaycan, Bakı 16 iyul / Trend , A.Hüseynbala /

Azərbaycanın Mətbuat Şurasında "Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə kütləvi informasiya vasitələrinin rolu" mövzusunda dəyirmi masa keçiriləcək.

"Tədbirin təşkilatçıları Mətbuat Şurası və Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramıdır (SCAD)", - cümə axşamı Trend -a Mətbuat Şurasından bildirilib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsyiа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən yuхarı tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Dəyirmi masada hər iki qurumun rəhbərliyi ilə yanaşı müvafiq dövlət təşkilatlarının, ictimai birliklərin təmsilçiləri iştirak edəcək. "Tədbirdə "Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramı"nın mahiyyəti, fəaliyyət istiqamətləri barədə məlumat veriləcək, bu sahədə fərqlənən KİV-lərə mükafatlar təqdim ediləcək", - məlumatda qeyd edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti